Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub | Icma.az
Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 5-də Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Açılış mərasimində Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev çıxış edərək festivalın məqsədlərindən, Azərbaycan kino sənətinin beynəlxalq arenada tanıdılmasından və yerli filmlərin dünya festivallarında təqdimatından danışıb.
Lənkəranda ANİMAFİLM festivalı keçirildi "Mədəni irs və qayıdış hüququ" mövzusunda beynəlxalq konfrans keçirilir Anasının ölümünə səbəb olan, oteldə huşsuz tapılan Əməkdar artist kimdir?
Mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkəmizdə kino sənətinin inkişafı istiqamətində görülən işlərdən, festivalın milli kino mədəniyyətinin təbliğində rolundan bəhs edib.
Tədbirdə festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri də söz alıblar.
Onlar beynəlxalq arenada Azərbaycan kinosunun rolunu və onun inkişaf perspektivlərinin əhəmiyyətini vurğulayıblar.
Tam oxu
Xəbəri oxu