Nizami məhkəməsi “Azəriqaz”ın rüşvətini Konstitusiyadan üstün tutub | Icma.az
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hakim Qumru Əliyeva 3 aydan sonra aidiyyəti müəyyən edib Bu ilin Konstitusiya və Suverenlik ili elan edilməsindən , ən azı, məhkəmə təminatı hüququnun gerçəkləşəcəyinə, suveren dövlətin adından çıxarılan məhkəmə qərarlarının, axırı, onillər sonra icra olunacağına ümidlər öləziməkdədir.
Nədən məhkəmələr, hakimlər getdikcə yüksək məhkəmə (hakimi) adını , andını 3-5 manatlıq sifarişə elə dəyişirlər ki, dövlətə də inam ölür, Konstitusiyaya da, suverenliyə də.
Nizami Məhkəməsinin “Kapitalbank”ın özbaşınalığına vəkil bürosu qismində çıxış etməsindən yazmışdıq.
Özbaşınalığa baxın, bank 2016-cı ildə 1-ci dərəcəli Qarabağ əlilinin Prezident təqaüdünü 6 ay “bloklayıb”, qazini ac qoyub, Nizami məhkəməsi (h.
Fikrət Mirzəyev) 3 ay işi icraatında “bəsləyib” yoxa çıxarıb.
Məhkəmə Hüquq Şurasına şikayətlərə cavab olaraq işin üç ay sonra Nəsimi məhkəməsinə göndərildiyi bildirilib, amma Nəsimi məhkəməsində də iş tapılmayıb.
2021-ci ildə Nizami məhkəməsinin hakimi Ülkər Yusifova ərizəni qərardadla geri qaytarıb, Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Fuad Babayev) bu qərardadı ləğv edib işi baxmağa qaytarıb.
Tam oxu
Xəbəri oxu