Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Nizami metrostansiyasının girişində sıxlıq yaşanıb.
"Yeni Sabah" xəbər verir ki, sərnişinlərin sözlərinə görə, buna səbəb metronun girişində "X-ray" cihazının cəmi 1 ədəd olmasıdır.
Bildirilib ki, buna görə metronun qarşısında hər axşam böyük növbə yaranır. Sərnişinlər uzun müddət gözləməli olurlar.