Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunub.
Bu barədə Milli.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)