Nizami rayonunda 16 yaşlı gənci avtomobil vurub

18.02.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Nizami rayonunda 16 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb.

“Report”un məlumatına görə, 2009-cu il təvəllüdlü Cavadov Ravin Əbülfət oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью