Nizami rayonunda ictimai iaşə obyektində saxta alkoqollu içkilər aşkarlanıb AZƏRTAC | Icma…
Icma.az bildirir, Azertag saytına əsaslanaraq. Bakı, 8 yanvar, AZƏRTAC Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayo
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində aşkar
İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın ikinci dəfə kustar üsulla yapışdırıldığı müəyyən edilib.
Həmin alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və sair) yoxlamaya təqdim edilməyib.
Bununla da həmin məhsulların normativ sənədlərin tələblərinə uyğun olmadığı məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsaslı şübhələr yaradan alkoqollu içkilərin satışı dayandırılıb və laborator müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim olunub.
Araşdırmalar davam etdirilir. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu