Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Nizami rayonunda uzun müddətdir davam edən kanalizasiya problemi sakinləri narahat edir.
BAKU.WS-ə daxil olan şikayətə görə, Əlif Hacıyev küçəsi 21 ünvanında yerləşən ərazini kanalizasiya suları basıb.
Artıq 2 həftədir küçə üfunətli və çirkab suyun içində qalıb.
Sakinlər bu müddət ərzində dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.