Nizami rayonunda zəbt olunan məktəb ərazisində qızğın iş gedir

24.03.2025

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Nizami rayonu, Qara Qarayev prospekti, ev 82A-nın həyətində, 61 saylı orta məktəbin ərazisində (vaxtilə məktəbin ərazisi olub, sonra zəbt edilib) 2 gündür gecə-gündüz dayanmadan tikinti gedir.

Hurriyyet.Az Ajans.az-a istinadla xəbər verir ki, bununla bağlı "Bakı gündəliyi" Facebook səhfəsində məlumat paylaşılıb. Məlumata görə, ərazidə avtoyuma məntəqəsi və başqa təyinatlı obyektlər tikilir. 

Tikintiyə rəsmi icazə verilib-verilmədiyi isə məlum deyil. Məsələ diqqətimizdə saxlanılacaq.

Qeyd edək ki, bir neçə gün öncə tikinti ilə bağlı məlumat vermişdik. Son vəziyyət isə budur. Tikinti hələ də davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью