Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tovuz futbolunun əfsanələrindən olan Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub.
İdman.biz xəbər verir ki, ardıcıl olaraq 1106 dəqiqə qapısını toxunulmaz saxlayan, 21 qolla ən məhsuldar azərbaycanlı qapıçı olan Nizami Sadıqovun yubileyi münasibəti ilə “Turan Tovuz” PFK turnir təşkil edib.
Turnirdə “Turan Tovuz”la yanaşı, “Kəpəz”, “Azəri” (Gəncə), “Gəncə”, “Qazax Gənclər” və “Şəmkir”in 2012-ci il təvəllüdlü futbolçulardan ibarət komandaları iştirak ediblər.
İki gün davam edən turnirdə qrup mərhələsini maksimum nəticə ilə adlayan “Turan Tovuz” və “Kəpəz” finalda qarşılaşıblar.
3-cü yer uğurunda oyunda isə “Gəncə” “Azəri”yə rəqib olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Azəri” bürünc medallara sahib olub.
Final oyununda isə “Turan Tovuz” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. “Ədalətli oyun” mükafatını “Gəncə” komandasının baş məşqçisi İntiqam Səmədova “Tur