Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından sonra Təftiş Komissiyasının sədr postuna kimin gətiriləcəyi müzakirə mövzusudur.
Bakıvaxtı.az xəbər verir ki, komissiyanın yeni sədrinin kim olacağı ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
İddialara görə, əvvəlki Təftiş Komissiyasının sədr müavini Nizami Səfərovun adı bu vəzifəyə mümkün namizədlər sırasında hallana bilər. Lakin onun sədr seçiləcəyi ilə bağlı hər hansı rəsmi təsdiq yoxdur.
Qeyd edək ki, komissiyanın yeni rəhbərinin müəyyənləşdirilməsi ilə bağlı yekun qərar bu gün açıqlanacaq.
Mahir Axund