Nizami və Sabunçu rayonlarının bir hissəsində qaz olmayacaq

01.05.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nizami rayonu, E.Süleymanov küçəsində qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonunda orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış cihazın demontaj olunması məqsədi ilə 02.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"APA-Economics" xəbər verir ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nizami rayonu üzrə M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью