Nizamidə 32 kiloqrama yaxın narkotik götürülüb

21.09.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənov saxlanılıblar.

DİN Mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, onlardan ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan xarici ölkə vətəndaşları vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Araşdırma davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью