Nizamidə ard arda qayda pozan sürücülər qəza riski yaratdı VİDEO

16.06.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində qayda pozan sürücülər kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 14-də saat 15:36 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, “Toyota Aqua” markalı və 99-SL-022 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobillərin sürücüləri yolayrıcının keçilməsi qaydasını pozublar.

Belə ki, həmin nəqliyyat vasitələri işıqforun yaşıl işığında yolayrıcına daxil olan digər avtomobilə məhəl qoymadan hərəkəti davam etdiriblər. Nəticədə yol hərəkətində təhlükəli vəziyyət və qəza riski yaranıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü yolayrıcına daxil olarkən işıqfor siqnalını və yol nişanlarını diqqətlə nəzərə almalı, hərəkət üstünlüyü olan nəqliyyat vasitələrinə mane olmamalıdır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью