Nizamnamə kapitalı 1 manatdır, 1,4 milyonluq tenderi qazandı

13.08.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün inşaat materialları və digər əlaqədar malların satın alınması ilə bağlı işlər həyata keçirib.

“Yeni Sabah” xəbər verir ki, inşaat materiallarının alınması üçüm “LEADS GROUP SUPPLY” MMC ilə müqavilə imzalanıb.

İmzalanan müqavilənin ümumi məbləği 1 milyon 385 min 870,78 manat təşkil edib. Mallar Azərbaycan Ordusunun hərbi hissələrinin ehtiyacları üçün nəzərdə tutulub. pizza sifarişi

Qeyd edək ki, sözügedən şirkət 2023-cü ildə təsis edilib və nizamnamə kapitalı 1 manat təşkil edir. 

Cəlalə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью