NKnın təsdiqlədiyi yeni təsnifata daxil edilən ixtisasların sayı açıqlanıb

03.12.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazirlər Kabinetinin ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları ilə bağlı müvafiq qərarı ilə bəzi ixtisaslar dəyişib, siyahıya yeniləri əlavə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) təsnifata əlavə olunub, eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью