Nkunku Çelsini tərk etmək istəyir

01.05.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

"Çelsi"nin hücumçusu Kristofer Nkunku qarşıdakı transfer pəncərəsində klubu tərk etmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu komandadakı rolundan narazıdır və buna görə də klubunu dəyişmək istəyir.

Məlumata görə, 27 yaşlı futbolçu artıq klub rəhbərliyinə transfer olunmaq istədiyini deyib.

Kristofer Nkunku bu mövsüm bütün turnirlərdə "mavilər"in heyətində 42 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью