Noa Lanq və Lorenso Lukka qışda Napoli ni tərk edə bilər

25.09.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cinah oyunçusu Noa Lanq və hücumçu Lorenso Lukka qış "transfer pəncərəsi" dövründə "Napoli"ni tərk edə bilərlər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

Neapol klubunun məşqçilər korpusu hər iki oyunçunun cari mövsümdə çıxışından narazıdır.

Lukka bütün turnirlərdə altı, Lanq isə dörd matçda meydana çıxıb. Oyunçuların heç biri nə qol vurub, nə də məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Napoli" geri qalan beş turda yeddi xal toplayaraq turnir cədvəlində doqquzuncu yeri tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью