Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bu gün yazıçı Fəridə Zeronun doğum günüdür.
Kulis.az onu bu nüasibətlə təbrik edir və “Noa qəbiləsinin qadınları” hekayəsini təqdim edir.
- Nəğmə susur, ana – Pia bütün gücünü toplayıb, qanlı dodaqlarını tərpədərək inildədi.
Anası diz çöküb onun başını dizlərinin üstünə almışdı. Qəzəbli gözlərindən leysan kimi yaş süzülürdü.
Bir əli ilə qızın yarasını möhkəmcə sıxır, o biri əliylə də saçlarını oxşayırdı. Pia al-qan içində idi.
Anası onun ölmək üzrə olduğunu anlayırdı. Ətrafdakı qadınlardan heç biri onlara yaxınlaşmağa cəsarət etmirdi.
Xısın-xısın iç çəkir, sakitcə baxırdılar. - Nəğmə susur, ana – Pia yenə inildədi.
Bu dəfə səsi çox astadan, sanki quyunun dibindən gəldi və anasından başqa heç kim onu eşitmədi.