NOAA: El Nino hadisəsinin rekord həddə çatma ehtimalı yüksəkdir

20.08.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 avqust, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, El-Nino hadisəsinin proqnozlaşdırılandan daha güclü səviyyədə pik həddə çatacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, NOAA-nın son proqnozlarına əsasən, El-Nino şəraiti sürətlə güclənməkdə davam edir. Payızın sonunda və qışın əvvəlində proqnozlaşdırılandan daha şiddətli səviyyədə pik həddə çatacağı gözlənilən El-Ninonun “rekord qıracaq” intensivliyə doğru irəlilədiyi bildirilir.

NOAA-nın məlumatına görə, El-Ninonun 1950-ci ildən başlayan müşahidələr tarixində qeydə alınmış ən güclü hadisə olması ehtimalı təxminən 70 faizdir. Onun 1982–1983-cü illərdə baş vermiş “Super El-Nino” hadisəsini də geridə qoyacağı gözlənilir.

Mütəxəssislər isə qlobal istiləşmənin təsirlərinin El-Nino ilə birləşərək isti hava dalğalarının və təbii fəlakətlərin şiddətinin artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Gözlənilən El-Nino hadisəsinin gücü səbəbindən 2027-ci ilin meteoroloji müşahidələr tarixində ən isti il rekordunu qıracağına, demək olar ki, əminliklə yanaşıldığı, 2026-cı ilin də eyni rekordu qırmasının mümkün olduğu bildirilir.

Müxbir – Göyçək Mahmudlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью