Nobel Komitəsi Nərgizin azad olunmasını tələb etdi

12.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Nobel Komitəsi Nərgiz Məhəmmədinin dərhal həbsdən azad olunmasını tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komitənin saytında bildirilib.

Bir müddət əvvəl onun vəkili Mustafa Nili bildirib ki, Nərgiz Məhəmmədinin məhkəməyəqədərki həbsdə saxlanılması qanunsuzdur və xəstəlikləri nəzərə alınmaqla, onun müvəqqəti olaraq girov müqabilində azadlığa buraxılması gözlənilir.

Qeyd edək ki, Nərgiz Məhəmmədi iranlı hüquq müdafiəçisi və alimidir. O, Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin rəhbərlik etdiyi İnsan Haqlarının Müdafiəçiləri Mərkəzinin (İHM) vitse-prezidentidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью