Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Marja.az xəbər verir ki, Sərəncama əsasən, Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Sərəncam 7 sentyabr 2026-cı ildə imzalanıb.
Əziz Səncər dünya şöhrətli türk alimidir. O, DNT-nin bərpa mexanizmlərinin öyrənilməsi sahəsində apardığı tədqiqatlara görə 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.