Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir. Bu gün Nobel Sülh mükafatı alan azərbaycanlı alim Bəxtiyar Siracovun doğum günüdür
Axar.az xatırladır ki, Bəxtiyar Siracov 1957-ci il oktyabrın 21-də Bakıda ziyalı ailəsində doğulub.
1974-cü ildə Bakı şəhərindəki 82 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi Riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur.
Daha sonra həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna (indiki İdarəetmə Sistemləri İnstitutuna) təyinat alır və oradan da Moskvaya, Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunur.
Bəxtiyar Siracov bu mərkəzdə 1980–1981-ci illərdə təkmilləşdirmə proqramı çərçivəsində elmi tədqiqatlarla məşğul olur.
1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Briabrinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirir.
1986-cı ildə Viktor Briabrinin təşəbbüsü ilə "SPEKTR adlı layihəyə cəlb olunur və 1 il bu layihədə əməkdaşlıq edir.
1987–1988-ci illərdə Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Slovakiya Elmlər Akademiyasının Texniki Kibernetika İnstitutunda (indiki İnstitute of İnformatics, Slovak Academy of Sciences) çalışır.