Nobel mükafatı alan məşhur baş redaktorun qəzeti bağlandı

30.10.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın tanınmış müstəqil nəşrlərindən biri olan “Novaya qazeta” 33 illik fəaliyyətindən sonra bağlanır.

Modern.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.

Bildirilib ki, qəzetin bağlanması barədə qərar oktyabrın 26-da keçirilən ümumi yığıncaqda qəbul edilib. Həmin görüşdə nəşrin əməkdaşları ilə söhbət edən keçmiş baş redaktor Dmitri Muratov qəzetin ekstremist təşkilat elan oluna biləcəyini də istisna etməyib.

“The Economist”in məlumatına görə, “Novaya qazeta” xarici agentlər reyestrinə daxil edildikdən sonra nəşrin maliyyə hesablarının bloklanması təhlükəsi yaranıb. Bundan başqa, redaksiya bütün fəaliyyəti ərzində yerləşdiyi Moskvanın mərkəzindəki binanı da tərk edib.

Rusiya Ədliyyə Nazirliyi sentyabrın 4-də “Novaya qazeta”nı xarici agentlər reyestrinə daxil edib.

Qurumun iddiasına görə, nəşr Rusiya hakimiyyətinin fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb və Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat”a qarşı çıxıb.

“Novaya qazeta” hələ 2022-ci ilin martında Rusiyada çap versiyasının nəşrini dayandırıb.

Həmin ilin sentyabrında nəşrin lisenziyası ləğv edilib. Noyabrda isə qəzetin internet saytı Rusiyada bloklanıb.

Qeyd edək ki, “Novaya qazeta” 1993-cü ildən fəaliyyət göstərirdi. Nəşrin keçmiş baş redaktoru Dmitri Muratov 2021-ci ildə jurnalistika sahəsindəki fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью