Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirilən fikirlərə əsasən, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da elmin inkişafı xalqımız üçün əsas prioritet məsələlərdən biri olmalı, təkcə islahatların aparılması ilə kifayətlənilməyərək hər bir sahədə elmin rolunun artırılması və aktuallaşdırılması təmin edilməlidir.
"Yeni Sabah" xəbər verir ki, çıxış zamanı məşhur fransız alimi Lui Pasterin “Elmin vətəni yoxdur, alimin vətəni var” kəlamı xatırladılaraq, məhz bu vətəndaşlıq mövqeyinin Azərbaycan elminin inkişaf yolunda əsas prinsip kimi götürülməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, dövlət elmin tərəqqisinə layiqincə maliyyə vəsaiti ayırmalıdır, lakin bu məsələ təkcə dövlətin deyil, elmi inkişafda maraqlı olan bütövlükdə cəmiyyətin də üzərinə düşən mühüm məsuliyyətdir. Bakıda online alış-veriş
Elmdə real tərəqqiyə nail olmaq üçün inkişaf strategiyasının dünyanın aparıcı elmi mərkəzləri ilə qarşılıqlı inteqrasiya səviyyəsində qurulmasının zəruriliyi diqqətə çatdırılıb.
Bu kontekstdə gənc elmi potensialın beynəlxalq elmi mərkəzlərdə təmsilçilik səviyyəsi və onların tədqiqatlarından daha səmərəli istifadə edilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yetərliliyi məsələsi önə çəkilib. Bir sıra ölkələrin, o cümlədən Pakistan və Türkiyənin elmin inkişafı və Nobel mükafatları istiqamətində diqqətəlayiq nəticələr əldə etdiyi xatırladılaraq, Azərbaycanın da elmdə öz rəqabətqabiliyyətli məhsulunu ortaya qoymasının və elmi nailiyyətləri ilə dünyada tanınmasının vacibliyi bildirilib. Bu istiqamətdə cəmiyyətə xidmət edən elmi fəaliyyətin dəstəklənməsi və alimlərin maddi rifahının nəzərə alınması xüsusi vurğulanıb.
Müzakirələr zamanı mətbuatın ümumdünya informasiya şəbəkəsində öz mövqeyini qoruyub saxlaması məsələsinə də toxunulub. Bildirilib ki, müasir dövrün reallıqları elektron informasiya daşıyıcılarının və yeni təqdimat vasitələrinin əhəmiyyətini artırmaqla yanaşı, informasiya texnologiyaları və yaddaş resurslarının da rolunu sürətlə yüksəldir.
1990-cı illərin əvvəllərində Azərbaycanda ədəbi mətbuatın ağır maddi vəziyyətlə üzləşdiyi və həmin nəşrlərin bağlanması təhlükəsinin yarandığı xatırladılaraq, 1992-ci ildən etibarən ədəbi mətbuat orqanlarının dövlət büdcəsindən maliyyələşdirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. Həmin nəşrlərin fəaliyyətini qoruyub saxlamasında dövlət dəstəyinin həlledici rol oynadığı vurğulanaraq, ölkə iqtisadiyyatının inkişafına paralel olaraq ədəbi nəşrlərin fəaliyyətinin daha yüksək səviyyədə davam etdirilməsi üçün dövlət büdcəsində onlara ayrılan vəsaitin artırılmasının zəruriliyi qeyd olunub.