Nobel mükafatı laureatı: COP29dan gözləntimiz təhlükəsiz dünyaya sahib olmaqdır

13.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"İqlimlə bağlı keçirilən sammitdən gözləntimiz təhlükəsiz bir dünyaya sahib olmaqdır".

Oxu.Az bildirir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Banqladeş Xalq Respublikasının müvəqqəti hökumətinin baş müşaviri, Nobel mükafatçısı, UNEC-in rektor müşaviri doktor Məhəmməd Yunus deyib.

"Mən həm ekoloji fəlakətdən zərər görən insanlara yardım edilməsi, eyni zamanda da, fəlakətlərin qarşısının alınması üçün yollar tapılmasında davamlı təşəbbüs göstərməyin vacib olduğunu düşünürəm", - deyə Nobel mükafatçısı əlavə edib.

Aygün İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью