Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Rusiyalı iqlimşünas alim, Nobel Sülh Mükafatı laureatı, Ümumdünya Vəhşi Təbiət Fondunun İqlim və Enerji proqramının rəhbəri Aleksey Kokorin Caliber.Az-a müsahibəsində Bakıda keçirilən COP-29 konfransı və qlobal ekoloji problemlər haqda fikirlərini bildirib.
Müsahibəni oxucularımıza təqdim edirik. — Bildiyiniz kimi, müəyyən qüvvələr COP 29-u siyasiləşdirməyə çalışdılar- bəzi dövlətlərin yüksək və
Lakin COP29-un siyasətlə heç bir əlaqəsi yoxdur. Siz necə düşünürsünüz? - COP siyasətlə deyil, daha çox pulla bağlıdır.
Deməli, sammitin siyasiləşdirilməsi belə təşəbbüskarlara çətin ki, uğur gətirsin.
Paris Sazişinin bağlanmasından sonra bütün son COP konrfransları üç səviyyəli genişmiqyaslı maliyyə və təşkilati görüşlərdir.
Onun birinci və ən çox media hissəsi ölkə liderlərinin bəyanatları və danışıqları, BMT qərarlarının müzakirəsi; ikincisi, nazirlərin çıxışları, konkret rəqəmlərlə ifadə olunan qərarların qəbulu; üçüncü hissə isə ekoloji festivalın özüdür, burada çoxlu turist var, tərəfdaşlar axtarmağa gələn, ekologiya sahəsində müxtəlif memorandumlar və müqavilələr bağlayan daha çox insan və təşkilat var.
Bəzi tənqidçilər tez-tez sual verirlər: bunun üçün COP nəyə lazımdır?