Nokautla uduzan Umar Nurməhəmmədovdan açıqlama

29.08.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şanxayda keçirilən "UFC Fight Night 286" turnirinin əsas döyüşündə Sonq Yadonqa nokautla uduzan Umar Nurməhəmmədov məğlubiyyətdən sonra ilk açıqlamasını verib.

İdman.Biz xəbər verir ki, 30 yaşlı rusiyalı döyüşçü ikinci raundda nokautla məğlub olduğu qarşılaşmadan sonra sosial şəbəkə hesabında paylaşım edib.

“Mənimlə hər şey qaydasındadır. Yazaraq dəstək olan hər kəsə böyük təşəkkür edirəm. Səhvlər üzərində işləyəcəyəm və geri dönəcəyəm”, – Umar Nurməhəmmədov bildirib.

Qeyd edək ki, rusiyalı döyüşçü UFC-də debütünü 2021-ci ildə edib. Onun dünyanın ən nüfuzlu təşkilatındakı ümumi göstəricisi 8 qələbə və 2 məğlubiyyətdən ibarətdir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью