Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Nokia" və "HMD Global" lisenziya sazişinin müddətini daha bir neçə il uzatmaq barədə razılığa gəliblər.
Ölkə.Az "GizmoChina"a istinadən xəbər verir ki, "Nokia" brendi altında smartfonlar bazara artıq çıxarılmayacaq, əməkdaşlıq yalnız düyməli telefonlar seqmentində davam edəcək.
Məsələ ilə tanış mənbələrin məlumatına görə, 2026-cı ildə başa çatmalı olan müqavilənin müddəti daha 3 il artırılıb. Şirkətlərdən rəsmi açıqlama hələlik verilməyib.
"Nokia" brendi ilə istehsal olunan cihazları "HMD Global" Hindistan və Çindəki müəssisələrdə istehsal edir. Satış həcmi və ixrac mərkəzi roluna görə əsas bazar isə məhz Hindistandır.
IDC statistikasına görə, "HMD Global" Hindistan düyməli telefon bazarında inamla lider mövqedədir — satılan cihazların sayına görə 22,4%, dəyər ifadəsində isə 30,7%-lik paya sahibdir. 2024-cü ildə ölkədə satılan düyməli telefonların həcmi təxminən 54 milyon ədədə çatıb.
Xatırladaq ki, "Nokia" və "HMD" Global 2016-cı ilin mayında əməkdaşlıq barədə elan ediblər. Bu çərçivədə HMD şirkəti fin brendi altında həm smartfonlar, həm də telefonlar istehsal edir.