Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 8 oktyabr, AZƏRTAC
Şəbəkə avadanlıqları istehsalçısı olan “Nokia” şirkəti Finlandiyada 253 iş yerini ixtisar etməyi planlaşdırır.
AZƏRTAC “Helsingin Sanomat” qəzetinə istinadla xəbər verir ki, xərclərin azaldılması şirkətin rəqabət qabiliyyətinin təmin edilməsi və gələcək artıma töhfə verəcək biznes istiqamətlərinə investisiya yatırmaq imkanının yaradılması ilə əsaslandırılır.
İxtisarlar Espoo, Tampere və Oulu şəhərlərinə şamil olunacaq. Dəyişikliklərlə bağlı danışıqlar oktyabrın 12-də, bazar ertəsi başlayacaq. Şirkətin Finlandiyadakı bölmələrində 6800 nəfər çalışır.