Nokia yeni düyməli telefonlar hazırlayır

14.04.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Finlandiyanın "HMD Global" şirkəti 2026-cı ildə lisenziya müqaviləsi başa çatana qədər "Nokia" düyməli telefonlarının son nostalji seriyasını buraxmağa hazırlaşır.

Oxu.Az "Smashx_60" adlı insayderə istinadən xəbər verir ki, qarşıdan gələn modellər - "Nokia 3510 4G", "Nokia 5710XA 4G" (2025), "Nokia 130 Music" (2G), "Nokia 150 Music" (2G) və "Nokia 8310 4G" sanki 2000-ci illərin əvvəllərinə bir geridönüşdür.

Bildirilir ki, yeni "Nokia"lar smartfonlar deyil, sadə düyməli cihazlar olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью