Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İyulun 30-da tanınmış rejissor Kristofer Nolanın 56 yaşı tamam olub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Nolanın yeni çəkilən “Odissey” filminin ulduzları Mett Deymonla Şarliz Teron rejissora kiçik sürpriz ediblər.
Belə ki, filmin tanıtımı üçün Çində səfərdə olan aktyorlar əllərində tortla Nolanı təbrik ediblər.
Hollivud ulduzlarının bu görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.