Nominal orta aylıq əmək haqqı 8,7 faiz artacaq, 1288,30 manata çatacaq

05.11.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gələn il nominal orta aylıq əmək haqqı 8,7% artacaq, 1288,30 manata çatacaq.

525.az xəbər verir ki, bu, 2027-ci il Büdcə Zərfində əksini tapıb.

Büdcə zərfinə əsasən, bu göstərici 2026-cı il üzrə 1185,5 manat, 2027-ci il üzrə isə 1288,30 manat səviyyəsində proqnozlaşdırılıb. Göründüyü kimi, nominal orta aylıq əmək haqqının cari illə müqayisədə artım tempi 8,7% səviyyəsində nəzərdə tutulub. Halbuki əhaliyə ödənişlər üzrə xərclər cari ilin proqnoz və gözlənilən icra göstəriciləri ilə müqayisədə müvafiq olaraq 9,2% və 10,9% artımla proqnozlaşdırılmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью