“Nömrəmi götürüb, mənə votsapda yazır, mən də ona ürəklər göndərirəm” | Icma.az
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə yollandığı tətillərdən və paylaşım
Milli.Az bildirir ki, bu barədə o, "Pərvizə görə"də açıqlama verib.
Haşımova deyib ki, tətil planları olsa da, səhhətinə görə təxirə düşüb: "Aynişanla tətilə gedəndə, paylaşanda, başqa səhifələr də paylaşırlar.
Mən bu məsələlərdə çox mühafizəkaram. Aynişan deyir ki, izləyicilərim sənin üçün darıxıb. Həmişə səhnədə oxuduğum əsərə görə davranıram.
Deyir, ay ana, camaat elə bilir ki, gülmürsən. Sonra bu tərəfini görəndə hamı məəttəl qaldı. Deyir, maraqlıdır, gülmürsən, amma güldürürsən.
Özüm o qədər şövqlə deyirəm ki, qəlbən doluram. Plan var, gedəcəyik. Sadəcə bu aralar təzyiq məsələm meydana gəldi.
Özümü qorumaq məcburiyyətindəyəm. İstəyirəm Ayni ilə gözəl səfərə gedək. Maldivdə oğlana Azərbaycan dilində mahnı oxutdurdum.
Sevə-sevə oxuyurdum, o da bir oxudu ki... Sevinirdi. Dedim, səni Bakıya apararam.
Tam oxu
Xəbəri oxu