Nömrəsinə güvənən sürücü kameranın altında qaydaları pozdu 10AA704 VİDEO

25.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 5-də, paytaxtın Babək prospektində qeydə alınıb.

Belə ki, 10-AA-704 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü geriyə dönmə zolağında sıxlığın olduğunu görərək sağ zolaqla hərəkət edib. Geriyə dönmə yerinə çatan zaman isə bütöv xəttin tələbini pozaraq manevr edib. Bu zaman sol zolaqla hərəkət edən avtomobilin qarşısına çıxaraq ona maneə yaradıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью