Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Mobil telefon nömrəsini və ya telefon aparatını mütəmadi gəlir əldə etmək məqsədilə başqa şəxsə kirayəyə vermək 5 min manatadək cərimə ilə nəticələnə bilər.
Bu pozuntuya görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 1 000-2 000 manat, hüquqi şəxslər isə 3 000-5 000 manat cərimə edilə bilər.
Belə ki, abunəçilərlə bağlanan müqavilələrdə SİM-kartların və digər identifikasiya modullarının başqa şəxslərə daimi istifadə üçün, eləcə də mütəmadi gəlir əldə etmək məqsədilə kirayəyə verilməsinin qadağan olunması barədə qeyd əks etdirilməlidir.
Qaydalara əsasən, abunəçinin identifikasiya modulunun və ya mobil telefon aparatının oğurlanması, yaxud itirilməsi barədə fiziki və hüquqi şəxslər dərhal müvafiq dövlət orqanına məlumat verməlidirlər. Bu tələb də abunəçi ilə bağlanan müqavilədə və onun tərkib hissəsi olan sənədlərdə göstərilməlidir.
Mütəmadi gəlir əldə etmək məqsədilə SİM-kartı və ya mobil telefonu başqa şəxsə kirayəyə verən fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manatadək cərimə edilirlər. /Trend