Nömrəsiz maşınla əks yolda driftlər edirdi 1 il avtomobil sürə bilməyəcək Video

22.08.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, Hacıqabul RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin keçirdiyi tədbirlərlə gecə saatlarında idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Əhmədzadə saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Əhmədzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью