Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Siyəzən rayonunda yol hərəkəti qaydalarını pozan kobud şəkildə pozan sürücünün görüntüsü sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, “Tofaş” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edib. Videodan da göründüyü kimi, o, “sağ-sol” edərək “şou” göstərib. Bu vaxt sürücü özüylə yanaşı nəqliyyat vasitəsində olan sərnişini də təhlükəyə atıb. Eyni zamanda sürücü maşının konstruksiyasına dəyişiklik edib və dövlət nömrə nişanı olmadan idarə edib.
Nərmin