Nömrəsiz “VAZ”la “sağ sol” edib təhlükə yaradan sürücü 10 ML 968 VİDEO

15.07.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videoları “TikTok” sosial platformasında paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 10-ML-968 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, Qobustan qəsəbəsi ərazisində qeydə alınmış görüntüdə sürücü “sağ-sol” edərək “şou” göstərib. Digər kadrda isə o, avtomobili dövlət nömrə nişanı olmadan idarə edib. Qayda pozan sürücü maşının konstruksiyasına da müdaxilə edərək arxa yayları kəsərək ön hissəsini qaldırıb. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью