Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq. "Araz-Naxçıvan" "Turan Tovuz" üzərində qazandığı qələbədən sonra yenidən lider oldu.
Bəllidi ki, hazırda "Qarabağ"la rəqabət aparan yeganə komanda elə Muxtar Respublika təmsilçisidi.Düzdü, bu gün "köhlən atlar" Azərbaycan derbisində "Neftçi"ni meğlub etsə, "qırmızı-ağlar"ı yenidən ikinci pillədə görəcəyik.
Amma bu, reallığı dəyişmir: Elmar Baxşıyevin komandası indiyə qədər keçirdiyi 15 matçda cəmi bir dəfə uduzub, 3 heç-heçə, 11 qələbə sayəsində 36 xal toplayıb!Göründüyü kimi, "Araz-Naxçıvan" tarixinin ən uğurlu dönəmini yaşayır.
Amma boşuna deməyiblər: "hər gözəlin bir eybi var". Söhbət komandanı həm ev, həm də səfər oyunlarında azarkeşsiz qalmasından gedir.
Tribunalarda "qırmızı-ağlar"ı dəstəkləyən bir nəfər belə yoxdu desək, doğru olmaz.
Problem onların barmaqla sayılacaq qədər olmasındadı.Ötən mövsüm də belə idi.
Dəqiq desək, Muxtar Respublika təmsilçisinin 2023/24 "futbol ili"ndə keçirdiyi 18 ev matçını 10390 tamaşaçı izləyib.
Bu, orta hesabla hər oyunda 577 nəfərin olması deməkdi. Yeni mövsümdə isə rəqəmlər iki dəfədən çox azalıb!