NORAD Qrenlandiyaya hərbi aviasiya göndərəcək | Icma.az
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Amerikanın Aerokosmik Müdafiə üzrə Birləşmiş Komandanlığı (NORAD) Qrenlandiya ilə bağlı qalmaqallı açıqlama verib.
NORAD bildirir ki, çox tezliklə onların təyyarələri Qrenlandiyadakı Pituffik hərbi bazasına çatacaq.
Reyting.az-ın xəbərinə görə, NORAD-ın "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilir ki, hərbi təyyarələr ABŞ və Kanadanın materik ərazilərində yerləşən aviasiya ilə bərabər əvvəlcədən planlaşdırılmış təlim-məşqlərdə və müxtəlif fəaliyyətlərdə iştirak edəcəklər.
Komandanlıq vurğulayıb ki, hərbi təyinatlı tədbirlər Danimarka hakimiyyəti ilə razılaşdırılıb, üstəlik, bununla bağlı bütün diplomatik icazələr rəsmi şəkildə alınıb.
Qrenlandiya hökuməti də bunu təsdiq edib və hakimiyyət rəsmiləri ABŞ-la Kanadanın tərəfindən planlaşdırılmış hərbi təlimlər, eləcə də digər fəaliyyətlərlə bağlı məlumatlandırıldıqlarını bildiriblər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiya adası ilə bağlı iddialarından sonra səkkiz Avropa ölkəsi bir araya gəlmişdi.
Bu toplantıdan az sonra isə həmin Avropa dövlətləri regionda təhlükəsizliyi tam gücləndirmək məqsədilə Danimarka ərazisi kimi tanınan adaya hərbi kontingent göndərmişdilər.
Tam oxu
Xəbəri oxu