Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsində faktiki olaraq Rusiyanın tərəfini tutaraq Kiyevə sülh razılaşmasına nail olmaq üçün təzyiq göstərir”.
“Cebheinfo.az”-ın məlumatına görə, bunu Almaniya Bundestaqının üzvü Norbert Röttgen bildirib.
“Tramp daha zəif və asılı tərəf kimi müəyyən etdiyi Ukraynaya təzyiq göstərməyə davam edir. Buna görə də Tramp Ukraynanın və avropalıların maraqlarına zidd hərəkət edir və buna görə də Rusiyanın tərəfini tutur. Təəssüf ki, yeganə düzgün tərif budur”, - N.Röttgen deyib.
Onun sözlərinə görə, Donald Trampın münaqişəyə əhəmiyyətli güzəştləri özündə ehtiva edən bir razılaşma yolu ilə son qoymaq istəyi, amma bu Ukraynanın hərbi məğlubiyyətinə səbəb ola bilər.
Əhməd
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin