Nordin Amrabat Acunun klubuna keçdi

17.01.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərə təmsilçisi "Hall Siti" "Qalatasaray"ın sabiq futbolçusu Nordin Amrabatı heyətinə qatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "pələnglər"in mətbuat xidməti məlumat yayıb.

Yunanıstanın AEK komandasından ayrılan hücumçu cari mövsümün sonuna qədər "Hall Siti"də çıxış edəcək.

Qeyd edək ki, 37 yaşlı mərakeşli futbolçu bu mövsüm AEK-in heyətində 9 oyunda 2 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью