Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb

02.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

(Krasnoyarsk diyarı) gəldikdən və hava limanında eniş etdikdən sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

"İlkin məlumata görə, bu gün saat 08:00 radələrində "Sibir" aviaşirkətinin Moskvadan uçuş həyata keçirən “Airbus 321A” təyyarəsi N.N.Urvantsev adına Norilsk beynəlxalq hava limanında eniş başa çatdıqdan sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, təyyarədə 79 sərnişin olub, hava gəmisi müvəqqəti olaraq uçuşlardan kənarlaşdırılıb.

Moskvaya reysin yerinə yetirilməsi üçün ehtiyat təyyarə ayrılıb, uçuş saat 15:30-a planlaşdırılıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью