Norm Ümumdünya Ətraf Mühit Günü 2026 nı sponsor qismində dəstəkləyib

09.06.2026

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

5 iyunda Bakıda Ümumdünya Ətraf Günü 2026 tədbiri baş tutub.

Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirdə yüksək səviyyəli dövlət rəsmiləri, BMT və onun aidiyyatı qurumlarının rəhbər şəxsləri, müxtəlif ölkələrdən gələn nümayəndələr, Azərbaycanın özəl sektorunu təmsil edən şirkətlərin, eləcə də Norm-un nümayəndələri iştirak ediblər. Norm tədbirin sponsorlarından biri kimi bu mühüm təşəbbüsə dəstək göstərib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ətraf mühitin qorunması, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişafın təşviqinə həsr olunmuş belə nüfuzlu tədbirin sponsor kimi tərəfdaşları sırasında yer almaq şirkət üçün mühüm əhəmiyyət kəsb edir.

 Norm-da istehsal və biznes prosesləri ətraf mühitə məsuliyyətli yanaşma prinsipləri əsasında qurulub. Şirkət karbon emissiyalarının azaldılması ilə bağlı hədəflərinə nail olmaq istiqamətində fəaliyyətini davam etdirir, bu məqsədlə Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının “Xalis Sıfır Yol Xəritəsi”nə uyğun addımlar atır.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью