Normal, ədalətli seçkilər keçirmək üçün bu rejim devrilməlidir...Gürcü siyasətçi | Icma.az
Icma.az bildirir, Moderator.az portalına istinadən. "Bizim tələbimiz, mitinqdə iştirak edənlərin hamısının tələbi kimi, həqiqətən də prezide
Dialoqa gəlincə, mənim heç bir müsbət gözləntim yoxdur, amma siyasi proses və seçkilərin necə keçiriləcəyi ilə bağlı razılaşma lazımdır”.
Moderator.az "Qruziyaonlayn" nəşrinə istinadla xəbər verir ki, Gürcüstanın “Birlik Milli Hərəkatı” partiyasının üzvü Xatia Dekanoidze müxalifət nümayəndələri ilə Salome Zurabişvili arasında Orbeliani sarayında keçirilən görüşdən əvvəl bildirib.
Onun sözlərinə görə, gürcü xalqının etirazının nəticəsi odur ki, “Gürcü arzusu” hökuməti beynəlxalq ictimaiyyət tərəfindən legitimləşdirilməyib.
“Bu bir faktdır ki, siyasi böhrandan çıxmaq üçün qaçılmaz olan yeni seçkilər üçün razılaşmalar və formalar lazımdır.
Bundan əlavə, sizə şəxsi mövqeyimi deyim: normal, ədalətli seçkilərin keçirilməsi, gürcü xalqının iradəsinin ifadə olunması üçün bu rejim devrilməli və demək olar ki, bütün qurumlar rejimdən azad olmalıdır”, - Dekanoidze bildirib.
Məlumat üçün bildirilir ki, “Orbeliani” sarayında müxalifət partiyalarının və qeyri-hökumət sektorunun nümayəndələri prezident Salome Zurabişvili ilə görüş keçirirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu