Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Formula-1” üzrə dünya çempionatında 8-ci mərhələ - Monako “Qran-pri”si “Maklaren”in pilotu Lando Norrisin qələbəsi ilə başa çatdı.
Bununla belə, britaniyalı pilot yetərincə çox tənqid olunur. O, tənqid axınına belə reaksiya verib:
“Adamlar istədiyini yaza bilər – bu onların işidi. Ancaq haqqımda yazılanların demək olar ki, heç biri həqiqətə uyğun deyil. Vecimə də deyil, mən və komandam həqiqəti bilirik. Avstraliyada olan sürəti və özünəinamı qaytarmaq üçün son aylarda inadla çalışdım. Həyatım boyunca təsnifat yürüşündə uğurlu olmağa çalışmışam. Bu ilə qədər hər şey yaxşı gedirdi, ancaq indi yenidən temp uğrunda mübarizə aparmağa məcburam”.
Alonso hazırda şəxsi hesabda 18-ci pillədə qərarlaşıb. Onun komanda yoldaşı – kanadalı Lens Stroll isə 14 xalla 11-ci yerdədi.