“Northrop Grumman” 14 ildən sonra ilk dəfə kosmosa raket göndərib

17.04.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın hərbi-sənaye konserni “Northrop Grumman” 14 ildən sonra ilk dəfə kosmosa “Minotaur 4” raketini buraxıb.

APA xəbər verir ki, bu barədə aprelin 16-da “Spaceflight Now” portalı məlumat yayıb.

"Northrop Grumman”, təxminən 14 ildən sonra Kaliforniyadan ilk “Minotaur” raketini buraxdı. Dörd pilləli “Minotaur 4” raketi ABŞ Milli Kəşfiyyat Bürosu üçün NROL-174 missiyasını daşıdı", - məlumatda deyilir.

Şirkətin press-relizində kosmik gəminin göyərtəsində nə olduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan öncəki “Minotaur 4” raketi 2011-ci il fevralın 6-da buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью