“Nortvuds” əməliyyatı: ABŞ öz əsgərlərini öldürəcəkmiş TOP SECRET

09.02.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Arxiv sənədlərindən aydın olur ki, 1962-ci ildə hazırlanan planın müəllifləri Kuba dövlətinin adından Amerika Ordusuna qarşı terror həmlələrinin təşkilini təklif edirlər. Kuba əsgəri kimi geyinən təxribatçılar Amerikaya məxsus bazalara hücum etməli, gəmiləri partlatmalı, insanları qətlə yetirməli idilər.
Bütün bunlar Amerika xalqını qeyzləndirməli və rəsmi Vaşinqtona Fidel Kastronu rəsmən düşmən elan edib, Kubaya qarşı müharibəyə başlamaq üçün əsas yaratmalı idi.
Sənədin tam mətni ilə tanış olmaq istəyənlər onun pdf-varantını “AzVision”un teleqram kanalından yükləyə bilərlər.
Plan Birləşmiş Qərargahların rəhbərliyi tərəfindən imzalansa da, prezident Kennedi onu rədd edib.
Samir Quliyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью