Norveç Almaniyadan Ukrayna üçün “Patriot” alır

24.08.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Norveç hökuməti Ukraynaya hava hücumundan müdafiə (HHM) vasitələrinin alınması üçün 7 milyard kron (695 milyon dollar) ayıracağını açıqlayıb.

Modern.az-ın xəbərinə görə, Norveçlə Almaniya arasında əldə olunmuş razılaşmaya əsasən, Ukrayna iki ədəd “Patriot” hava hücumundan müdafiə sistemi ilə təmin olunacaq.

Almaniyadan alınacaq “Patriot” hava hücumundan müdafiə sistemləri döyüş sursatı ilə birlikdə tam şəkildə təqdim ediləcək. Bu, Kiyevin hava məkanının müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью