Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir müddət öncə mətbuatda “Molde” klubunun “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni transfer etmək istədiyi yazılmışdı.
İdmanxeber.az-a verilən məlumata görə, Norveç klubu millimizin forvardına böyük məbləğdə maaş təklif edib. “Molde” rəhbərliyi Nərimana iki illik müqavilə və 500 min dollar əmək haqqı vəd edib. Futbolçu da bu təkliflə razılaşıb. O, Norveçdə oynamağa müsbət yanaşıb.
Ancaq Ağdam klubu qarşı tərəfin təklif etdiyi təzminat məbləğini qəbul etməyib. Təxminən 400 min dollarlıq təklif “Qarabağ”ı qane etməyib.
Bu səbəbdən də Nərimanın “Molde”yə keçidi alınmayıb.